Onlayn ictimai-siyasi qəzet
"Komanda hesabda öndə olanda özünə bənzəmirdi. Beş penaltidən isə birin vura bildik. Nə deyə bilərəm? Bizim bəxtimiz gətirmədi, zədəli oyunçularımız var idi. Komandanın heyətini yaxşılaşdırmaq üçün çox transfer də edə bilməmişik".
QOL.az xəbər verir ki, bu sözləri "Osiyek"in baş məşqçisi Federiko Koppitelli Konfrans Liqasının 3-cü təsnifat mərhələsində "Zirə"yə penaltilər seriyasında (əsas və əlavə vaxt: 2:2, penaltilər - 1:2) uduzduqları cavab oyunundan sonra mətbuat konfransında deyib.
O, "Zirə"nin çox yaxşı komanda olduğunu bildirib: "Onlar Avropa Liqasından bura gəlmişdilər. İlk oyunda son dəqiqədə buraxdığımız qol mövzudan kənar idi. Hesabda 2:1 irəlidə olanda, komandamız bir az sadəlövh oynadı. Ona görə rəqib mərhələ keçdi".
Mütəxəssis erməni futbolçu Styopa Mkrtçyanı Bakıya gətirmədikəri üçün peşman olub-olmadıqları ilə bağlı sualı belə cavablandırıb: "Gətirə bilsəydik, gətirərdik. Sadəcə klubumuzun qərarı, mövqeyi belədir. Əmin olun ki, gətirsəydik, oynayacaqdı".
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ