Onlayn ictimai-siyasi qəzet
Hakimiyyət orqanlarının səylərinə baxmayaraq, Kolumbiyada qanunsuz silahlı birləşmələrin döyüşçülərinin sayı artır, narkotik maddələrin istehsalı və daşınması ilə sıx bağlı olan qruplar güclənir.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu, keçmiş üsyançı, indi isə mötədil solçu olan prezident Qustavo Petronun administrasiyasının siyasətinin uğursuzluğuna səbəb ola bilər.
Bildirilir ki, 2022-ci ildə hakimiyyətə gələndə o, cinayətlə mübarizə aparacağını və nəhayət radikal solçu qrupların döyüşçülərini mülki həyata inteqrasiya etməklə onilliklər davam edən vətəndaş müharibəsinə son qoyacağını vəd edib, lakin bu vədi yerinə yetirmək son dərəcə çətin olub.
Kolumbiya hökumətinin daxili təhlükəsizliklə bağlı hazırladığı hesabata istinad edən “Röyters” xəbər verir ki, Qustavo Petronun prezidentliyinin ilk dövründə silahlı üsyançıların sayı təxminən 15 min nəfər idisə, 2025-ci il iyununda onlar artıq 22 min olublar. Buna səbəb narkotiklərdən və faydalı qazıntıların qeyri-qanuni satışından pul qazanmağa üstünlük verən kolumbiyalıların çox olmasıdır. Onların sosial-iqtisadi vəziyyəti ağırdır, dolanışıq yoları isə budur.
Bundan əlavə, cinayətkar qruplar hədə-qorxu və ya şirnikləndirmə ilə silah götürməyə məcbur edilən uşaq və yeniyetmələrin cəlb edilməsi (hətta açıq-aşkar oğurlanması) hesabına böyüyür.
Problemin kökü 1964-cü ildə ölkədə vətəndaş müharibəsinin başladığı vaxta gedib çıxır. Məhz o zaman Kolumbiya cəmiyyətinə və iqtisadiyyatına hələ də dağıdıcı təsir göstərən hökumət əleyhinə qüvvələr formalaşıb. Üsyançıların hamısı həyat keyfiyyətinin yaxşılaşdırılmasını tələb edib, mövcud siyasi və iqtisadi nizamı tənqid ediblər.
Musavat.com
12 Iyul 2025
11 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ