İnsanlara hürriyət, millətlərə istiqlal!

Kolumbiya prezidenti ölkədə fövqəladə vəziyyət elan etdi

Kolumbiya Prezidenti Qustavo Petro ölkənin şimalında üsyançılar arasında silahlı toqquşmalar səbəbindən fövqəladə vəziyyət elan edib.

Bu barədə dövlət başçısı “X” sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.

Petro qeyd edib ki, daxili təlatümlər və iqtisadiyyatda fövqəladə vəziyyətlə əlaqədar xüsusi rejim tətbiq olunur. Prezident Kolumbiyanın məhkəmə sisteminin onun qərarını dəstəkləyəcəyinə ümid etdiyini bildirib.

Xatırladaq ki, ötən ilin sentyabrında Petro ölkədə onu zərərsizləşdirmək və ya vəzifəsindən uzaqlaşdırmaq məqsədilə dövlət çevrilişi hazırlandığını bildirmişdi. Bu bəyanatlar siyasətçinin prezidentlik kampaniyasının maliyyə mənbələri ilə bağlı araşdırma fonunda verilib. Petronun sözlərinə görə, o, “qeyri-qanuni orqan” tərəfindən mühakimə olunur.\\report.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR