Onlayn ictimai-siyasi qəzet
Kolumbiya prezidenti Qustavo Petro ölkə donanmasına İsrailə kömür daşıyan gəmiləri dayandırmaq əmri veriləcəyini bildirib.
Musavat.com xəbər verir ki, o, bu barədə X hesabında paylaşım edib: "Kömürlə dolu gəmi yenidən yola düşüb, İsrailə yollanıb. Bu, mənim hökumətimə çağırışdır. Hərbi dəniz qüvvələrinə İsrailə gedən gəmiləri dayandırmaq üçün yazılı göstəriş veriləcək”.
O, həmçinin kömür mədəni həmkarlarının nümayəndələri ilə təcili iclas çağırıb.
Keçən həftə Petro öz administrasiyasının bəzi üzvlərini vətənə xəyanətdə ittiham edib. Buna səbəb təxminən bir il əvvəl qoyulan qadağaya baxmayaraq, İsrailin Kolumbiyadan kömür almağa davam etməsidir. O, həmçinin respublikada fəaliyyət göstərən “Glencore” və “Drummond” şirkətlərinin rəhbərlərinin məsuliyyətə cəlb olunmasını tələb edib. Petronun sözlərinə görə, onlar İsrailin kömürə olan tələbatının 60 faizini təmin edirlər.
Musavat.com
04 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ