İnsanlara hürriyət, millətlərə istiqlal!

Köhnə “Survivor” iştirakçılarından yenilərə qalmaqallı çağırış- “Qatılmayın...”

Ötən illərdə “Survivor” yarışmasının iştirakçısı olan Turabi Çamkıran və Nagihan Karadereden yarışmadan iştirak etmək istəyənlərə qəribə çağırış edilib.

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, bu çağırış sosial şəbəkədə ciddi müzakirələrə səbəb olub.

Turabi çağırışında bildirib:

"Survivor 2023” yarışmaçıları Survivor həyatlarını asanlaşdırmaq istəyirlərsə, mənə qulaq assınlar. Aclıqdan, ağcaqanadlardan, yuxusuz və ac gecələrdən əziyyət çəkirsinizsə, ailə və dostlar həsrəti çəkirsinizsə, sərt taxtada yata bilmirsizsə, aylarla görmək belə istəmədiyin insanlarla eyni adada qalmaq, onlarca çətinliyə dözə bilmirsizsə qatılmayın..Əziz yeni “Survivor” iştirakçıları ağlınıza belə gətirə bilməyəcəyiniz aclıq və çətinliklə qarşılaşacaqsınız. Hələ ki, deyəcəksiniz ki, dözəcəm, nə çətinliklər, aclıq görmüşəm! Birinci həftədən sonra isə özünüzə 'Hara düşdüm?” sualını verəcəksiniz”.

Karadere isə bu paylaşıma "Düzdür, canım" şərhini yazıb.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR