İnsanlara hürriyət, millətlərə istiqlal!

Köhnə qulluqçusu məşhur milyarderi məhkəməyə verdi- "Tualetə gedə bilmədiyimiz üçün xəstələndik'

Dünyanın ən varlı adamları arasında yer alan Ceff Bezosa qarşı qaldırılan yeni iddia dünya mətbuatında gündəm olub.


Musavat.com xəbər verir ki, iddianı qaldıran şəxs son zamanlar Ceff Bezosun evində təmizlikçi işləyən Mercedes Vedadır.

Onun səsləndirdiyi ittihamlar kifayət qədər ciddidir. Onun keçmiş qulluqçusu Mercedes Veda Amazon-un qurucusu milyarder Ceff Bezosu məhkəməyə verib. Noyabrın 1-də Ali Məhkəməyə müraciət edən Vedanın irəli sürdüyü ittihamlar böyük müzakirələrə səbəb olub.

Veda məhkəməyə verdiyi ərizədə Latın mənşəli olduğu üçün irqi ayrı-seçkiliyə məruz qaldığını, özünün və digər qulluqçuların qeyri-insani şəraitdə işləməyə məcbur edildiyini bildirib. Bezosun malikanəsində üç il işlədiyini bildirən Veda, ona və digər işçilərə ağdərili işçilərdən fərqli davranıldığını bildirib. 

Bezosa eski hizmetçisi dava açtı! İddialar çok ciddi: 14 saat aralıksız çalıştırıldık, tuvalete gidemediğimizden hasta olduk

2019-cu ildə Bezosun evində işə başlayan Veda iddia edib ki, milyarder və ailə üzvləri evdə olarkən qulluqçular nahar etmədən və dincəlmədən gündə 10-14 saat işləmək məcburiyyətindədirlər. Veda işçilərin günün çox hissəsini tualetdən istifadə edə bilmədikləri üçün sidik yolları infeksiyalarından əziyyət çəkdiklərini də açıqlayıb. 

Xidmətçilərin malikanənin əsas binasından kənarda yerləşən mühafizə idarəsinin yanındakı tualetdən istifadə etmək istədikləri, lakin “təhlükəsizlik protokolu”nu pozduqları üçün bu tualetin qadağan edildiyi bildirilib.

Jeff Bezos, world's fourth richest, sued by ex-housekeeper over long hours  | Mint

İddianamədə Veda həm Bezosu, həm də onun şəxsi sərmayələrini və əmlaklarını idarə edən şəxsi ittiah edib. Veda ev işçilərinin işə götürülməsi və işdən çıxarılmasını idarə edən Zefram və Northwestern şirkətlərini günahlandırıb.

Bezosun vəkillərindən olan Harri Korrell bütün ittihamları rədd edib və Vedanın irqi ayrı-seçkiliyə məruz qalması ilə bağlı iddiasını “absurd” adlandırıb.

Vedanın zəif performans səbəbiylə işdən çıxarıldığını ifadə edən Harri Korrell bunları deyib: "Əvvəlcə 9 milyon dollardan çox pul istədi və şirkət bu tələbi rədd etdikdə məhkəməyə müraciət etməyə qərar verdi. Öz mənşəyini gündəmə gətirərək, onun irqinə və ya milli mənşəyinə görə ayrı-seçkiliklə üz-üzə qalmasını söyləməsi absurddur."

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR