İnsanlara hürriyət, millətlərə istiqlal!

"Köçəryan camaata pul paylayıb, meydana toplamaqla odla oynayır" - Politoloq rəyi

 

Xəbər verdiyimiz kimi ötən gün Ermənistanın "Vətən uğrunda Tavuş" hərəkatının minlərlə tərəfdarı hökumətə qarşı etiraz  mitinqi keçirib. Etirazçılar İrəvanın mərkəzindəki Respublika Meydanına toplaşıblar.

Aksiyaçılara qoşulan Tavuş yeparxiyasının keşişi Baqrat Qalstanyan Ermənistanın Baş naziri Nikol Paşinyanın istefası üçün bir saat vaxt verdiyini bildirib:

"Bir saat ərzində sizinlə görüşməyə və istefa şərtlərini müzakirə etməyə hazıram".

Qeyd edək ki, bundan əvvəl Ermənistan Milli Təhlükəsizlik Xidməti xəbərdarlıq edərək, bugünkü mitinqin qarşısının alınacağını açıqlamışdı. Ancaq göründüyü kimi, bu, baş vermədi.

"20.000 dramı camaata paylayıb meydana toplayan Köçəryan odla oynayır. Onsuz da kəndlər də, Zəngəzur da vaxtı gələndə sahibinə qayıdacaqlar. Köçəryan və ona oxşarlar gəlsə, proses tezləşəcək".

Musavat.com bildirir ki, bu sözləri politoloq Zaur Məmmədov məsələni şərh edərkən bildirib.

Politoloq qeyd edib ki, Ermənistan hakimiyyətinin bu məsələdə səhvi insanların meydana toplanmasına imkan verməsində idi.

"İstisna deyil ki, Paşinyan hakimiyyəti daxilində müəyyən qüvvələrin bilərəkdən və ya bilməyərəkdən hadisələr haqqında yanlış məlumatı Baş nazirə ötürməsi, qərar verərkən vacib nüansın kiçildilməsi ilə nəticələnib.

II Qaregin və kilsə bu hadisələrə - imkan kimi baxırlar. Onlar başa düşürlər ki, yaxın aylarda Nikol kilsə və Qareginlə bağlı qərarını verəcəkdi. Köçəryanın maliyyə dəstəyi ilə insanları küçəyə səsləyən keşişlər xarici qüvvələrin dəstəyindən də istifadə edirlər. İstisna deyil ki,  bu dəfə kilsəyə dəstəyi həm də, müsəlman dövlətlərindəki bəzi qruplar verir. 

Digər tərəfdən, baş verənlər Ermənistan hakimiyyəti üçün yeni imkanlar açır. Həm siyasi elita daxilindəki satqınları, həm də, müxalifətin daxili və xarici resurs mərkəzlərini, adamlarını deşifrə etmək imkanını",- deyə Zaur Məmmədov vurğulayıb.

 

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR