İnsanlara hürriyət, millətlərə istiqlal!

Kobaxidze: Radikal müxalifət parlamentə və polisə qarşı zorakılıqlar planlaşdırır

“Radikal müxalifət tərəfindən təşkil edilən və xaricdən maliyyələşən aqressiv gənclərdən ibarət qruplarının sabah və birisi gün Gürcüstan parlamentinə və polisinə qarşı zorakılıq aksiyaları keçirməyi planlaşdırdığı barədə dəqiq məlumatımız var”.

Bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze keçirdiyi brifinqdə bildirib.

İ.Kobaxidze müxalifətə xəbərdarlıq edib. O, bildirib ki, zorakılığa görə hər kəs qanun çərçivəsində cavab verəcək. Hüquq-mühafizə orqanları əməkdaşlarını isə maksimum səbir göstərməyə çağırıb.

Onun sözlərinə görə, ABŞ və ya Fransa polisi üçün adi hal olan cinayətkarlara sərt cavab formaları Gürcüstanın hüquq-mühafizə orqanlarının əməkdaşları üçün məqbul olmamalıdır.//Report

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR