Onlayn ictimai-siyasi qəzet
Gürcüstanın baş naziri İrakli Kobaxidze ölkəsində Ukraynadakı “Maydan” hadisələrinə bənzər ssenarinin təkrarlanmayacağını bəyan edib.
Musavat.com bildirir ki, Kobaxidze radikal qrupların və onların xarici dəstəkçilərinin ölkədə qarışıqlıq yaratmaq cəhdlərinin uğursuzluğa məhkum olduğunu vurğulayıb.
Baş nazir bildirib ki, Gürcüstan 2013-cü il Ukraynasından fərqli olaraq güclü institutlara malik müstəqil dövlətdir və xalqın müdrikliyi sayəsində sabitlik qorunur.
İrakli Kobaxidze qeyd edib ki, dövlət belə cəhdlərə imkan verməyəcək.
Son etiraz aksiyalarında 50-dən çox polis əməkdaşının xəsarət aldığını bildirən Kobaxidze onlardan təxminən 30-nun cərrahi müdaxiləyə ehtiyacı olduğunu qeyd edib. Bu məlumatı Gürcüstanın Daxili İşlər Nazirliyinin nümayəndəsi Teymuraz Kupatadze də təsdiqləyib.
Gürcüstan hökuməti ölkədə sabitliyi qorumaq üçün tədbirlər görməyə davam edir və Avropa-ABŞ qaynaqlı xarici müdaxilə cəhdlərinə qarşı sərt mövqe nümayiş etdirir.
Musavat.com
30 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ