İnsanlara hürriyət, millətlərə istiqlal!

Klub prezidentinin döydüyü türkiyəli hakim karyerasını başa vurub

Türkiyədə klub prezidentinin döydüyü hakim Halil Umut Meler karyerasını başa vurub.

Bu barədə referi özü xəstəxanaya ziyarətinə gedənlərə məlumat verib.

Onun “məndən bu qədər” deyərək, hakimlikdən uzaqlaşdığı bildirilir. Türkiyə Superliqasının oyunlarına təyinat alan digər referilər də ümumi açıqlama verərək, Halil Umut Melerlə görüşdükdən sonra gələcək karyeralarına aydınlıq gətirəcəklərini bildiriblər.

Qeyd edək ki, Superliqanın XV turunun “Ankaragücü” – “Rizəspor” (1:1) oyunundan sonra paytaxt təmsilçisinin prezidenti Faruk Koca meydana daxil olaraq, baş hakim Halil Umut Meleri yumruqla vurub.//Report

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR