Onlayn ictimai-siyasi qəzet
Mətbuatda Kliniki Tibbi Mərkəzdə bir sıra əməliyyatların icrasının dayandırılması ilə bağlı məlumat yayılıb.
Musavat.com olaraq detalları öyrənmək üçün Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmmədlə əlaqə saxladıq.
Sözçü bildirdi ki, Kliniki Tibbi Mərkəzdə avtoklav sterilizasiya aparatında yaranmış texniki nasazlığa görə bir sıra travmatoloji əməliyyatların icrasında müvəqqəti fasilə müşahidə olunur:
“Texniki nasazlıq bir neçə gündür yaranıb. Sözügedən avtoklav aparatının təmiri prosesinə artıq başlanılıb, növbəti həftədən etibarən tam funksional vəziyyətə gətiriləcək və əməliyyatların icrasına başlanılacaq”.
Aytən Novruz
Musavat.com
07 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ