İnsanlara hürriyət, millətlərə istiqlal!

Klaar İrəvan səfərindən sonra bunları yazdı

“Ermənistana yaxşı görüşlərlə dolu iki günlük səfər başa çatdı. Mən Avropa İttifaqının (Aİ) hərtərəfli sülh prosesinə davamlı dəstəyini vurğuladım”.

Musavat.com xəbər verir ki, bu barədə Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar “X”dəki mikrobloqunda yazıb.

“Biz İrəvan və Bakı arasında ikitərəfli əsaslı təmaslardan ruhlanırıq, həmçinin seçkilərdən sonra Azərbaycandan olan həmsöhbətlərimizlə əlaqələrin tam bərpasını gözləyirik”, - deyə avropalı diplomat qeyd edib.

Toivo Klaar İrəvanda Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan və baş nazirin müavini Mher Qriqoryanla görüşlər keçirib. Sonuncu ilə o, Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası və delimitasiyasının prinsipləri və hüquqi əsaslarını müzakirə edib.

Erməni mediası yazıb ki, bir neçə saat əvvəl İrəvana iki günlük səfərə gələn Klaarın Bakıya getməyəcəyi məlum olub.

“Bildiyiniz kimi, hazırda Azərbaycanda seçkiqabağı təşviqat dövrü var və bu səbəbdən Bakıya səfər nəzərdə tutulmur. Lakin Aİ-nin xüsusi nümayəndəsi Azərbaycan rəhbərliyi ilə də sıx və mütəmadi olaraq əlaqə saxlayır”, - Klaarın ofisi “Azatutyun”a bildirib.

Ötən gün ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono da İrəvana səfər edib.

Rəsmi İrəvan bildirib ki, ATƏT-in keçmiş Minsk qrupunun amerikalı həmsədrinin əsas məqsədi sülh müqaviləsinin yekunlaşdırılması və imzalanmasına kömək etmək məqsədilə Vaşinqtonda üçtərəfli görüş təşkil etmək olub. Lakin Bono da İrəvan səfərindən sonra Bakıya gəlməyib və bunun səbəbi bilinmir.

Bununla belə, erməni mediası fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçiriləcəyini xatırladıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR