İnsanlara hürriyət, millətlərə istiqlal!

KKTC Prezidentinin müşaviri: “Azərbaycana qarşı ən kiçik təxribat bizə qarşı sayılır"

“Azərbaycana qarşı ən kiçik təxribat bizə qarşı təxribat sayılır”.

Bu barədə Musavat.com-a Şimali Kipr Türk Cümhuriyyəti Prezidentinin müşaviri Gökhan Güler bildirib.

“Biz çox üzgünük. Azərbaycan türk xalqları üçün, bizlər üçün çox önəmlidir. Çünki bir millətin övladlarıyıq. Bu anlamda, Azərbaycana edilən ən kiçik hücum bizə edilmiş hücum sayılır. Azərbaycan dövlətinin sərhədlərinə edilən bu hücumları, bu hücum nəticəsində həyatını itirmiş əsgərlimizi, qardaşlarımızı, qazilərimizi, yaralanmış mülkü əhalini gördükcə üzülürük. Şəhidlərimizə rəhmət diləyirik, yaralılara sağlıq diləyirik”.

G. Güler Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatarın Azərbaycana başsağlığı verdiyini qeyd edib: 

“Azərbaycan torpaqlarının Ermənistan tərəfindən illərdir ki, işğal olunduğunu bilə-bilə dünyanın buna biganə qaldığını da hər kəs yaxşı bilir. Nəticədə Azərbaycan bu haqsızlığa, diplomatik müstəvidə Ermənistanın bu əməllərinə görməzlikdən gəlmələrinə son qoydu, öz ərazilərini geri qaytarmaq üçün mübarizə apardı. Bu mübarizə nəticəsində tam olmasa da, öz torpaqlarının böyük qismini işğaldan azad etdi, öz torpaqlarını müdafiə etmək döyüşmək məcburiyyətində qaldı. Onsuz da dünyada bir fikir yaradılır ki, sanki türk dövlətləri hücumçu və imperialistdirlər. Halbuki tarix boyunca türklər hər zaman hücumlara məruz qalıb. Özlərini müdafiə etmək məcburiyyətində qalıblar. Hansı ölkə olur-olsun, sənin ailənə, övladlarına hücum edərlərsə, refleks olaraq sən onları müdafiə edəcəksən. Bu çox normal haldır. Azərbaycan da məcburdur ki, öz torpaqlarını, vətəndaşlarını qorusun”,-deyə prezident bildirib.

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR