İnsanlara hürriyət, millətlərə istiqlal!

Kiyevdən 3 milyon əhalinin köçürülməsinə başlanılır-“Üşüyən paytaxt”dan ən son xəbərlər...


 

Kiyev hakimiyyəti Ukrayna paytaxtının sakinlərinin tam təxliyəsinə hazırlaşmağa başlayıb. Bu barədə “New York Times”ın məqaləsində deyilir.

Qəzet yazır ki, rəsmilər Kiyevdə bir vaxtlar ağlasığmaz görünən ehtimala - işığın tamamilə kəsilməsinə hazırlaşırlar. Bunun üçün isə təxminən üç milyon vətəndaşın təxliyəsi tələb olunacaq.

Kiyev şəhər administrasiyasından bildirib ki, paytaxt bütün elektrik təchizatı sistemini itirə bilər. Kiyev meri Vitali Kliçko da deyib ki, şəhər işıqsız, susuz və istiliksiz qalmaq riski ilə üzləşib.

Kiyev əhalisinin şəhəri kütləvi tərk etməsi hərbi əməliyyatların başlanmasından dərhal sonra başlamışdı. Kişilər üçün paytaxtdan çıxmaq qadağası qüvvədədir, o səbəbdən köçürülmənin daha çox qadın və uşaqları əhatə edə biləcəyi gözlənilir.

Paytaxtda qəzetlərin sayı xeyli azalıb, rusdilli nəşrlərə qadağa qoyulub, ancaq dövlət dilində olan qəzetlərin məcburi buraxılması tələbi var. İkinci həftədir ki, paytaxtda elektrik enerjisinin verilməsi ciddi problem olaraq qalır. Bir çox rayonlar istilik və isti su problemlərindən şikayətlənirlər. Ötən həftə suyun kəsilməsi müəyyən çaxnaşma yaradıb. Artezian suyu üçün növbələr düzülüb. Onun içməli olduğu iddia edir, lakin bu barədə əhalidə böyük şübhələr var. Aztəminatlı insanlar mağazalardan  qablaşdırılmış içməli su ala bilmirlər.

kiyev.jpg (55 KB)

Evlər soyuqdur, insanlar ən müxtəlif üsullarla mənzillərinin qızdırmağa çalışırlar. Kliçko xariciləri Kiyevə yorğan-döşəklə kömək etməyə çağırıb. Amma gətirilən yorğanların əhalini necə xilas edəcəyini heç kim başa düşə bilmir.

Mobil provayderlər mümkün kəsilmələr barədə xəbərdarlıq edib. Elə vaxt olur ki, evdə və ya ofisdə elektrik var, amma internet yoxdur.

Dövlət işçilərinin maaşları ödənilir. Bununla belə, kiçik və orta biznes əsaslı olaraq batıb. Yavaş-yavaş, bir çox pərakəndə satış məhdudlaşdırılıb, mağazalar bağlanıb. Qərb ticarət brendlərinin çoxu artıq Kiyevi tərk edib. Bu, ilk növbədə, əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsi ilə bağlıdır.

Nəqliyyatın işi də müəyyən dəyişikliklərə məruz qalıb. Elektrik enerjisinin verilişində yaranan fasilələr səbəbindən trolleybuslar avtobuslarla əvəz olunub. Metro isə hələ ki, adi qaydada işləyir. Həyəcanların elan edilməsi zamanı metro stansiyaları yenə bomba sığınacaqlarına çevrilir. Amma insanlar artıq öyrəşib, sığınacaqlara az gedirlər.

Yerli hakimiyyət əhalinin təhlükəsizliyi üçün hər şeyi edir.  Kiyevin vilayət mərkəzləri və ya kiçik şəhər və kəndlərdən, xüsusən də cəbhə xəttinə yaxın olanlara daha çox diqqət var.

Şəhərin mədəni həyatı da çöküb. Böyük konsertlər və şoular yoxdur. Bunun səbəbi isə təkcə müharibə və əhalinin pulunun azlığı deyil. Bunun səbəbi sənət və teatrla maraqlanan orta təbəqənin ölkəni kütləvi şəkildə tərk etməsidir.

 

Orxan ƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR