Onlayn ictimai-siyasi qəzet
Ukraynanın şimalındakı Sumı vilayətinin administrasiyası Sumı rayonundakı səkkiz yaşayış məntəqəsindən sakinləri təxliyə etmək qərarına gəlib.
“Report” xəbər verir ki, bu barədə Sumı vilayəti administrasiyasının sosial şəbəkə hesabında məlumat verilib.
“Rayonda əməliyyat şəraitinin gərginləşməsi ilə əlaqədar bu gün Regional Müdafiə Şurasının iclasında hərbi rəhbərliyin təqdimatına əsasən Sumı rayonunun Yunakovska və Mıropilska ərazi icmalarının səkkiz yaşayış məntəqəsindən əhalinin məcburi təxliyəsi barədə qərar qəbul edilib”, - məlumatda deyilir.
Qeyd olunub ki, yaxın vaxtlarda aralarında uşaqlar da daxil olmaqla 543 nəfərin təxliyəsi tələb olunacaq.
14 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ