İnsanlara hürriyət, millətlərə istiqlal!

Kiyev ÇƏTİN DURUMDA - Kreditorlar HƏRƏKƏTƏ KEÇİR

Ukrayna istiqrazlarının bir qrup xarici sahibi Kiyevdən 2025-ci ildən sonra dayandırılmış dövlət borcları üzrə faiz ödənişlərinin bərpasını tələb etməyi planlaşdırır.

Musavat.com xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Qəzetin informasiyasına görə, 20 milyard dollar dəyərində Ukrayna avrobondlarının beşdə bir hissəsinə sahib olan kreditorlar danışıqlar aparmaq üçün vəkillər tutub. Kreditorlar borcun əhəmiyyətli hissəsinin silinməsi müqabilində Ukraynanın faiz ödənişlərini bərpa etməsini istəyirlər.

“The Wall Street Journal”ın məlumatına əsasən, istiqraz sahibləri illik faiz ödənişləri üçün 500 milyon dollara qədər pul axtarırlar. Mənbələr bildiriblər ki, bəzi kreditorlar planları artıq Ukraynanın yüksək vəzifəli məmurları ilə müzakirə ediblər.

Kiyev istiqraz sahibləri ilə danışıqlara başlamağı planlaşdırır. Əgər Kiyev istiqraz sahibləri ilə anlaşmasa, o zaman Ukrayna avqustun əvvəlində defolt elan edə bilər. İstiqraz sahibləri üçün borc tətili bu ay başa çatır. Defolt isə Ukraynanın reputasiyasına mənfi təsir göstərəcək və yeni kreditlər əldə etmək cəhdlərini çətinləşdirəcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR