Onlayn ictimai-siyasi qəzet
Kiyev 35 milyard avro həcmində yeni kredit alacaq. Bu, Rusiya aktivlərindən ekspropriasiya edilmiş gəlirlərdən yalnız Aİ-nin ilkin siyasi şərtləri yerinə yetirildiyi təqdirdə ödəniləcək və bu, ayrıca memorandumda təsbit ediləcək.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bunu Avropa Komissiyasının Rusiyanın Aİ yurisdiksiyalarında dondurulmuş suveren aktivlərini müsadirə etmək cəhdlərinə nəzarət edən Avropa komissarı Didye Reynders deyib.
"Bu makromaliyyə krediti Ukraynanın Aİ ilə razılaşdırılmış, ayrıca anlaşma memorandumunda təsbit olunmuş öhdəliklərin ilkin siyasi şərtlərini yerinə yetirməsi əsasında veriləcək", - Reynders Avropa Komissiyasının tələblərinin məzmununu açıqlamayıb.
O, Avropa Parlamentini tez bir zamanda bu mexanizmlə bağlı razılığa gəlməyə çağırıb.
Musavat.com
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ