İnsanlara hürriyət, millətlərə istiqlal!

KİV: Ukraynada Rusiyanın 40-dan çox səfərbər edilmiş vətəndaşı həlak olub

Ukraynada Rusiyanın son bir ayda səfərbərliyə alınan azı 41 vətəndaşı həlak olub.

"Report"un məlumatına görə, bunu "Mediazona" və BBC-nin rus xidmətinin jurnalistləri könüllülər komandası ilə birlikdə açıq mənbələrə istinadən müəyyən ediblər.

Qeyd edildiyi kimi, bu itkilərin bəziləri qeyri-döyüş şəraitində - cəbhəyə yola salınmamışdan əvvəl təlim mərkəzlərində, poliqonlarda və hərbi hissələrdə qeydə alınıb.

Araşdırmaya əsasən, Rusiya Ukrayna ilə müharibəyə başlayandan indiyədək azı 7 822 hərbçi ölüb.

Könüllü dəstələr arasında itkilər müharibənin əvvəlindən indiyədək əhəmiyyətli dərəcədə artıb. Bu itkilər hava-desant və motoatıcı qoşunlarda qeydə alınan itkilərlə müqayisə edilə bilər. Könüllülər arasında 800-dən çox, hava-desant və motoatıcı qoşunlarda isə 1 200-dən çox insan həlak olub.

Bundan əlavə, muxtar respublikaların itkiləri digərlərindən daha çoxdur - Dağıstan və Buryatiya bu sırada öndə gedir.

"Mediazona" yazır ki, Ukraynada İkinci Çeçenistan müharibəsindəkindən daha çox rus hərbçisi ölüb.

Rusiya Müdafiə Nazirliyi itkilərin sayının 5 937 nəfər olduğunu açıqlayıb.

Bundan əvvəl Federal Təhlükəsizlik Xidmətindəki mənbəyə və Rusiya xüsusi xidmət orqanlarının keçmiş zabitinə istinadən itkilərin 90 min nəfəri keçdiyi bildirilirdi.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR