İnsanlara hürriyət, millətlərə istiqlal!

KİV: Türkiyənin heyəti qaz qovşağını müzakirə etmək üçün Rusiyaya səfər edəcək

Türkiyənin nümayəndə heyəti qaz qovşağının yol xəritəsini müzakirə etmək üçün dekabrın birinci yarısında Rusiyanın Sankt-Peterburq şəhərinə səfər etməyi planlaşdırır.

“Report” xəbər verir ki, bu barədə “RİA Novosti” Ankaradakı mənbəyə istinadən məlumat yayıb.

“Bəli, həqiqətən belə bir fikir var. Biz bu niyyətimizi rusiyalı həmkarlarımızla danışıqlarda ifadə etmişik”, – agentliyin həmsöhbəti bildirib.

Onun sözlərinə görə, hazırda razılaşdırma işləri aparılır.

“İlkin olaraq bu, dekabrın birinci yarısına nəzərdə tutulub”, – mənbə qeyd edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR