İnsanlara hürriyət, millətlərə istiqlal!

KİV: İranın Moskvaya göndərdiyi nəqliyyat təyyarəsində kamikadze-dronları ola bilər

İranın noyabrın 3-də Moskvaya göndərdiyi nəqliyyat təyyarəsində kamikadze-dronları ola bilər.

Musavat.com  “report”a istinadən xəbər verir ki, bu barədə Almaniyanın “Bild” nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, “İl-76” təyyarəsi noyabrın 3-ü səhər tezdən Tehrandan havaya qalxaraq günorta saatlarında Moskvadakı “Vnukovo” hava limanına enib.

“Bild”in hərbi eksperti Yulian Röpke qeyd edir ki, uçuş ABŞ-ın sanksiyalar siyahısında olan “Pouya Air” aviaşirkəti tərəfindən həyata keçirilib.

Eyni zamanda ABŞ Maliyyə Nazirliyi bu aviaşirkətin təyyarələrinin qeyri-qanuni yüklərin daşınması üçün istifadə olunduğunu iddia edir.

Y.Röpke hesab edir ki, məhz “İl-76”da rusların Ukraynaya qarşı müharibədə fəal şəkildə istifadə etdiyi “Shahed-136” dronlarının yeni partiyası Moskvaya gətirilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR