İnsanlara hürriyət, millətlərə istiqlal!

KİV Bəşər Əsədin həyat yoldaşının ÖLDÜYÜNÜ YAZIR

Bəzi KİV-lər Suriya prezidenti Bəşər Əsədin həyat yoldaşı Əsma Əsədin öldüyünü yazıb.

Musavat.com “Tasnim” agentliyinə istinadən xəbər verir ki, hələlik heç bir rəsmi mənbə bu xəbəri təsdiqləməyib.

Qeyd olunub ki, bu xəbəri ilk dəfə Suriya müxalifətinə bağlı “Şam Plus” saytı yayıb, bir çox kanal və şəbəkələr buna istinad edib.

Lakin “Tasnim”in Dəməşq müxbiri bu iddianın heç bir rəsmi mənbə tərəfindən təsdiqlənmədiyini bildirib.

Xatırladaq ki, daha əvvəl Əsma Əsədə leykoz diaqnozu qoyulub.

Ona xərçəng diaqnozu qoyulması faktı isə ilk dəfə 2018-ci ilin avqustunda məlum olub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR