İnsanlara hürriyət, millətlərə istiqlal!

KİV: "Baydenin komandası seçki kampaniyası üçün hazırlıqlara başlayıb"

ABŞ Prezidenti Cozef Baydenin müşavirləri Amerika administrasiyasının hazırkı rəhbəri ikinci müddətə namizədliyini irəli sürmək qərarına gələrsə, onun seçki kampaniyasının aparılması məsələləri üzərində işləməyə başlayıb.

"Report" xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) mənbələrə istinadən məlumat yayıb.

Baydenin komandası hazırda seçki qərargahı üçün yer seçimi kimi texniki məsələləri müzakirə edir, qərargahın 2020-ci ildə pandemiya başlamazdan əvvəl yerləşdiyi Filadelfiya (Pensilvaniya) ilə digər seçimlər nəzərdən keçirilir.

Bundan əlavə, müşavirlər Ağ Evin keçmiş rəhbəri Barak Obama ilə yenidən seçkilərin elan olunacağı tarixlə bağlı məsləhətləşmələr aparıblar. Qeyd olunur ki, 2011-ci ildə ABŞ-ın 44-cü prezidenti aprelin 4-də ikinci müddətə namizədliyini irəli sürdüyünü açıqlamışdı, bu tarix Amerika administrasiyasının hazırkı rəhbərinin komandası üçün təlimat ola bilər, lakin bununla bağlı yekun qərar onun tərəfindən ediləcək.

Bayden daha əvvəl 2024-cü ildə yenidən dövlət başçısı seçilmək üçün mübarizə aparmağı planlaşdırdığını bildirsə də, gələn ilin əvvəlinə qədər yekun qərar verməyəcəyi barədə xəbərdarlıq edib.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR