İnsanlara hürriyət, millətlərə istiqlal!

Kişiləri rüsvay etdi: “Burnunuzdan, qulağınızdan çıxan tükləri az qala...” – VİDEO

Aparıcı Aytən Səfərova kişiləri tənqid edib. 

Musavat.com bizim.media-ya istinadən bildirir ki,  Aytən aparıcısı olduğu "Xəbər Ertəsi" verilişində əks cinsin nümayəndələrinin natəmizliyindən söz açıb. 

"Kişilər, burnunuzdan, qulağınızdan tüklər çıxır, az qala ki, onları hörəsiniz. Nə olar, bir dəfə gedin, onları lazer etdirin. Lazer təkcə qadınlar üçün deyil. Burunlarınızın üstündə iki tək, bir cüt tüklər var, onları sağa-sola, yuxarı-aşağı darayırsınız. "Gül-çiçək olur"... Gedin, onları lazerlə götürün. Qulağınızdan çıxan tüklərə də əncam çəkmək lazımdır. Lazer gigiyena və təmizlikdir.

Kim deyib ki, lazer təkcə qadınlar üçündür? Kişilər də istifadə etməlidir. "Mono" qaşlar var... Sanki onlar qağayıdırlar... Axı niyə onları düzəltdirmirsiniz?

Aşpazlar yemək bişirirlər, qollarını çırmalayanda böyük ölçüdə tükləri göz önünə çıxır. O aşpazın bişirdiyi yeməyi yeyəndə, bilmirsən ki, o tük harada qalıb",- deyə Aytən vurğulayıb. 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR