İnsanlara hürriyət, millətlərə istiqlal!

“Kişi sanbalını qorumalıdır” - Faiq Ağayev SƏRT DANIŞDI

Xalq artisti Faiq Ağayev efir məkanında yaşanan bəzi halları tənqid edib. 

Sənətçi  bu barədə “Künc-bucaq” layihəsində danışıb.

Faiq Ağayev deyib ki, televiziyada “ləçər kişi” obrazı yaradırlar:

“Televiziyada “ləçər kişi” obrazı yaranıb. Çıxırlar efirə ağzıyamaq, çirkin, çamurlu danışırlar. Bizim belə bir ifadəmiz var, deyirlər, özünü arvad kimi aparmaq. İndiki dövrdə bu normal söz deyil. Biz arvada layiq görmədiyimiz hərəkətləri şəxsiyyət vəsiqəsində “kişi” yazılan insanların simasında görürük.

Kişi sanbalını qorumalıdır. Gəlib həyasız kimi davranmamalı, qışqırmamalıdır. Onlar cəmiyyətin bir hissələridir. Kaş ki, olmayaydılar. “Kişi” sözü insanın mərdliyini, etibarlılığını nəzərdə tutur. Hətta xanımlar var ki, onlar üçün deyirik kişi kimi adamdır. Bu, cinsiyyətə aid olan konkret ifadə deyil. Xasiyyətə verilən qiymətdir. Şəxsiyyət vəsiqəsinə görə kişi olanlar bacarmır, amma qadınlar kişilərdən artığını edir”.   (Olay)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 May 2025

BÜTÜN XƏBƏRLƏR