Onlayn ictimai-siyasi qəzet
Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa az ağır zərərvurmada təqsirləndirilən İman Səfərovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Hakim Abusət Qasımovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə cinayət işinə xitam verilib və İman Səfərov cinayət məsuliyyətindən azad olunub.
İttihama görə, hadisə 5 sentyabr 2024-cü il tarixdə, saat 10:30-da Abşeron rayonu ərazisində qeydə alınıb.
Belə ki, İman Səfərov evdə olarkən həyat yoldaşı, zərərçəkmiş Günay Səfərova (şərti) ilə mübahisə edib. Mübahisəyə isə arvadının ona telefonla başqa qadınla ünsiyyət saxlaması ilə bağlı şifahi irad bildirməsi olub. Bu zaman təqsirləndirilən şəxs həyat yoldaşının üzərinə hücum edib qəsdən əl, yumruq, təpik zərbələri ilə onun əl, qol, sifət, baş, kürək, ayaq və bədəninin müxtəlif nahiyələrinə ardıcıl zərbələr endirərək xəsarət yetirib.
Daha sonra Günay Səfərova Daxili İşlər Nazirliyinin "102" xidmətinə zəng edərək məlumat verib, əri cinayət məsuliyyətinə cəlb edilib. Hazırda onlar barışıblar və qadın ərindən şikayətçi olmadığını bildirib.//Pravda.az
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ