Onlayn ictimai-siyasi qəzet
Rusiyalı müğənni Viktoriya Tsıqanova Rusiyanın Xalq artisti Filipp Kirkorov barəsində ittiham irəli sürüb.
İfaçı bu barədə özünün teleqram kanalında yazıb.
Tsıqanova Kirkorovun Ukrayna qənnadı istehsal birliyinin keçmiş filialı olan "Konti-Rus" şirkəti ilə 6,666,666 rubl dəyərində "şeytani" reklam müqaviləsi bağladığını açıqlayıb:
"Kirkorov nə Allahdan, nə də şeytandan qorxur. "Pul onun ibadət etdiyi yeganə Tanrıdır. Pula görə öz anasını da satar".
Bununla kifayətlənməyən Tsıqanova əlavə edib ki, Kirkorovun yaradıcılığı məhz buna görə boş və ruhsuzdur. (Axşam.az)
12 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ