İnsanlara hürriyət, millətlərə istiqlal!

Kim Çen Inın gözləri önündə rəzalət: Yeni gəmi suya buraxılarkən qəzaya uğradı

Şimali Koreyada Kim Çen Inın iştirakı ilə yeni esminesin suya buraxılması mərasimi uğursuzluqla nəticələnib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Koreya Mərkəzi Xəbər Agentliyi hadisənin mayın 21-də Çonqjin şəhərində baş verdiyini yazıb.

Bildirilir ki, gəminin sututumu 5 min ton olub: “Esminesin suya buraxılması zamanı ciddi qəza baş verib: bacarıqsız idarəetmə və nəzarətdə ehtiyatsızlıq səbəbindən çəkici arabanın paralel hərəkəti təmin olunmayıb, nəticədə gəminin arxa hissəsinin buraxılış vaqonu sürüşmə yolundan vaxtından əvvəl çıxıb və maneəyə düşüb, gəminin tarazlığı pozulub, gəminin dibinin bəzi hissələri dağılıb və o sürüşmə yolunu tərk edib”.

Agentlik qeyd edir ki, Şimali Koreya rəhbəri hadisədən bərk qəzəblənib: “Yoldaş Kim Çen In qəzanın bütün prosesini müşahidə edib və baş verənlərin qəbuledilməz ağır hadisə, ehtiyatsızlıq, məsuliyyətsizlik və qeyri-elmi empirizm nəticəsində törədilmiş cinayət olduğunu bildirib”, - deyə məlumatda bilildirib.

Kim Çen In Partiya Mərkəzi Komitəsinin iyun plenumuna qədər gəminin bərpasını tələb edib. Eyni zamanda dövlət işləri sədri xəbərdarlıq edib ki, plenumda “Partiya Mərkəzi Komitəsinin Müdafiə Sənayesi Şöbəsinin, Kim Çak Politexnik Universitetinin, Mərkəzi Gəmi Layihə İnstitutunun və Çonqjin Gəmiqayırma Zavodunun məsuliyyətsiz rəhbər işçilərinin” səhvləri araşdırılacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 May 2025

BÜTÜN XƏBƏRLƏR