İnsanlara hürriyət, millətlərə istiqlal!

Kiçik Robert Kennedi Trampın xeyrinə namizədliyini geri götürə bilər

ABŞ-nin 35-ci prezidenti Con Kennedinin qardaşı oğlu, dövlət başçısı vəzifəsinə müstəqil namizəd kiçik Robert Kennedi növbəti seçki kampaniyasından əl çəkə bilər.

"Report" xəbər verir ki, bu barədə "Axios" portalı məlumat yayıb.

Kennedi bu qərarını Arizonada rəsmən elan edə bilər.

Nəşrin məlumatına görə, Kennedi yarışdan kənara çəkilərsə, onun keçmiş prezident Donald Trampı dəstəkləyəcəyi gözlənilir.

Bundan əvvəl Donald Tramp CNN-ə deyib ki, Kennedi seçkidən çəkilərsə və Respublikaçı namizədi dəstəkləsə, administrasiyasında vəzifə verə bilər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR