Onlayn ictimai-siyasi qəzet
Baqrat Qalstanyan diaspor ermənilərini mayın 12-dən 14-dək dünyanın 11 ölkəsinin 30 şəhərində keçiriləcək Ermənistan hakimiyyətinə qarşı genişmiqyaslı aksiyalarda iştirak etməyə çağırıb.
Musavat.com xəbər verir ki, Tavuş yeparxiyasının rəhbəri videomüraciətində diaspora ermənilərinə fəal mövqelərinə və “Vətən naminə Tavuş” hərəkatına verdiyi dəstəyə görə təşəkkür edib.
Onun sözlərinə görə, dünyanın hər yerində ermənilər öz etirazını bildirə bilərlər və bunu etməlidirlər:
“Bu, həqiqətlə yalanın mübarizəsidir. Mən əminəm ki, biz hamımız azad olacağıq, istər Ermənistanda, istərsə də diasporda".
Musavat.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ