Onlayn ictimai-siyasi qəzet
Xəbər verildiyi kimi, Ermənistanın keçmiş iqtisadiyyat naziri Vahan Kerobyan haqqında Ermənistan prokurorluğu araşdırmaya başlayıb.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, hazırda məhkəmədə olan Ermənistanın keçmiş iqtisadiyyat naziri Vahan Kerobyan yerli jurnalistlərin bir neçə sualını cavablandırıb.
O, başına gələnlərdə siyasi motiv olmadığını deyib. Erməni jurnalistlər onun yerinə hakim partiyadan Gevork Papoyan və Babken Tunyanın adlarının hallanması ilə bağlı sual ünvanlayıblar. Kerobyan cavabında “çox yaxşı” deməklə kifayətlənib. Onun sözlərinə görə, heç kim əvəzedilməz deyil.
Xatırladaq ki, məhkəmə Vahan Kerobyana qarşı ev dustaqlığı qərarı verib. Sabiq nazir tender saxtakarlığı işində səlahiyyətlərini aşmaqda ittiham olunur.
Musavat.com
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ