Onlayn ictimai-siyasi qəzet
Futbol dünyasında avqust ayı transfer xəbərləri ilə zəngin dövrdür və klublar heyətlərini gücləndirmək üçün son qərarlarını verməyə başlayır.
Türkiyədə bir çox futbolçunun adı müxtəlif klublarla hallanmağa başlayıb.
Son transfer xəbərlərini təqdim edirik:
"Spartak Moskva"nın gündəmində olan Kərəm Aktürkoğlu kluba yekun qərarını verib. 25 yaşlı futbolçu Rusiya klubuna müsbət cavab verməyib. Futbolçu hazırda Avropadan gələcək təklifləri gözləyir. Əgər bu istiqamətdə real təklif olmazsa, Kərəm karyerasını "CimBom"da davam etdirəcək.
İstanbul təmsilçisi "Qalatasaray" Batista Mendi üçün "Trabzonspor"la transfer danışıqlarına başlayıb. "Trabzonspor" Mendi üçün 10 milyon avro tələb edir.
"Barselona"nın 20 yaşlı ulduzu Mikayil Faye üçün "Beşiktaş" 10 milyon avro təklif edib. "Barsa" isə 15 milyon avro tələb edir. Araya girən Fransanın "Ren" klubu 10+5 milyon avroluq təklif göndərib.
"Beşiktaş" daha 5 futbolçu ilə vidalaşır. Vinsent Abubakar, Tayyip Talha Sanuç, Demir Ege Tıknaz, Bakhtiyor Zaynutdinov və Cekkson Muleka Covani Van Bronkhorsun klubda görmək istəmədiyi futbolçulardır.
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ