Onlayn ictimai-siyasi qəzet
“Kemex İnternational” MMC-nin Azərbaycandakı filialı cərimələnib.
Musavat.com xəbər verir ki, buna səbəb şirkətin gömrük qaydalarını pozması olub.
Belə ki, şirkət tərəfindən ölkəyə mal idxal edilərkən gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsinin verilmədiyi müəyyən edilib.
Şirkət tərəfindən Belarusiyadan azot turşusu sifariş verilib. “PTUP AzotXimfortis” şirkətindən verilən sifariş “Kemex”in Azərbaycan filialına göndərilib. Lakin idxal bəyannaməsi edilmədiyindən şirkət cərimələnib.
MMC İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinərək 1500 manat məbləğində inzibati cərimə edilib.
İ.Muradov
Musavat.com
29 May 2025
28 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ