Onlayn ictimai-siyasi qəzet
“Ötən gecə Kəlbəcərin atəşə tutulmasının səbəb və məqsədi Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını pozmaqdır. Özü də birmənalı şəkildə söyləmək olmaz ki, atəş açan erməni silahlıları, yoxsa Ermənistan ərazisində olan və sərhədləri qoruyan Rusiya silahlılarıdır”.
Bu sözləri Musavat.com-a açıqlamasında professor Qabil Hüseynli deyib. Professorun fikrincə, bu gün sülh müqaviləsinə mane olan iki əsas qrup var:
“Bunlardan biri Ermənistan ordusunun içərisində kök salmış “Qarabağ klanı”, Qarabağ ermənilərdir, digəri isə hələ də Ermənistanda öz mövcudluğunu qoruyub saxlayan Rusiya sərhəd, hərbi qüvvələri, yəni, Gümrüdə yerləşən hərbi bazadakı silahlı qüvvələrdir.
Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına mane olan qüvvələrdən biri Fransadır. Məlum olduğu kimi bu günlərdə Fransadan Ermənistana “CAESAR” markalı özüyeriyən artilleriya qurğuları və onlar üçün mərmilərin satışı barədə müqavilə imzalanıb. Atəşkəsin pozulmasında bu məsələnin mühüm təsiri var. Əgər bu günə qədər Fransanın Ermənistana göndərdiyi silahlar müdafiə silahları adlandırılırdısa, indi isə razılığa gəldikləri və yaxın vaxtlarda Ermənistana göndərəcəkləri “CAESAR” markalı silahlar daha dağıdıcıdır. Bu silahların Ermənistana gəlməsi Ermənistanın hərbi potensialını xeyli artıracaq”.
Xatırladaq ki, iyunun 21-i saat 12:25-dən 15:35-dək Kəlbəcər rayonunun Mollabayramlı yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqeləri Ermənistan silahlı qüvvələrinin üzbəüz istiqamətdəki mövqelərindən atəşə tutulub. Müdafiə Nazirliyinin yaydığı məlumata görə Azərbaycan Ordusunun qeyd olunan istiqamətdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
Xalidə Gəray
Musavat.com
25 Noyabr 2024
08:25 Ermənistan şirkətləri Rusiyaya qızıl ticarətinə qoyulmuş sanksiyadan yan keçməyə kömək edirlər
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ