İnsanlara hürriyət, millətlərə istiqlal!

Kəlbəcərə icazəsiz keçmək istəyən şəxslər saxlanılıb

Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə rayon ərazisinə müvafiq icazələri olmadan keçmək istəyən şəxslər saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Musavat.com-a verilən məlumata görə, stasionar postda Daşkəsən rayon sakinləri R. Məmmədov, R. Məmmədov və Gəncə şəhər sakini Z. Azadov yoxlama zamanı sənədləri təqdim etməkdən boyun qaçıraraq polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayıblar.

Həmin şəxslər saxlanılaraq barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib olunub.

Toplanmış material qərar verilməsi üçün məhkəməyə göndərilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR