İnsanlara hürriyət, millətlərə istiqlal!

Keçmiş müstəntiq pedofiliyada ittiham olunur

Bu günlərdə pedofiliyada ittiham olunaraq həbs edilən rusiyalı bloqer Aleksey Podnebesnı keçmişdə prokurorluqda müstəntiq işləyib və məhkum edilib.

Musavat.com xəbər verir kİ, bu barədə “Mash” Telegram kanalı məlumat yayıb.

15 yaşlı pərəstişkarı ilə cinsi əlaqədə olduğu üçün pedofiliya şübhəsi ilə saxlanılan 46 yaşlı kişi ixtisasca hüquqşünasdır və vaxtilə Nijni Novqorod prokurorluğunda müstəntiq işləyib. 2005-ci ildə o, prokuror şərəfini ləkələyən hərəkətə yol verdiyinə görə oradan qovulub.

2011-ci ildə isə Podnebesnıya qarşı cinayət işi açılıb. Həmin vaxt o, göl qırağında istirahət edənlərlə dalaşıb. Münaqişə zamanı keçmiş müstəntiq onlardan birini bıçaqla yaralayıb, daha sonra onu sakitləşdirməyə çalışan polis əməkdaşına bibər qazı ilə hücum edib. Buna görə bloqer 4 il şərti azadlıqdan məhrum edilib. 2023-cü ildə o, 19 yaşlı Nijni Novqorod fəalı Mariya Qlikinanın zorlanması və qətlə yetirilməsi ilə bağlı cinayət işində ifadə verib.

Podnebesnı 2016-cı ildə boşandıqdan sonra kişi və qadın arasındakı cinsiyyət və münasibətlər mövzusu ilə maraqlanmağa başlayıb. Onun belə bir nəzəriyyəsi olub ki, kişilərə cinsi xidmət göstərmək qadınların sosial vəzifəsidir.

Bundan əvvəl Rusiya İstintaq Komitəsi ona qarşı Cinayət Məcəlləsinin 134 və 135-ci (“Şəxslə cinsi əlaqədə olmaq, zorakılıq tətbiq etmədən nalayiq hərəkətlər etmək, on altı yaşına çatmamış şəxsə qarşı törədildikdə”) maddələri ilə cinayət işinin başlandığını elan edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR