Onlayn ictimai-siyasi qəzet
Türkiyənin Denizli şəhərinin Sarayköy rayonunda kanala düşən elektrikli velosipedin sürücüsü, keçmiş futbolçu 32 yaşlı Kamal Karataş həyatını itirib.
BAKU.WS "Haber Global"a istinadən xəbər verir ki, qəza yerli vaxtla gecə saat 02:00 radələrində, Köprübaşı Məhəlləsində baş verib.
"Sarayköyspor"un sabiq futbolçusu Kemal Karataşın istifadə etdiyi elektriklə işləyən velosiped idarəetmədən çıxaraq 2 metr hündürlükdən kanala düşüb.
Hadisə yerinə sağlamlıq və jandarma qrupları cəlb edilib. Ağır yaralanan Karataş təcili yardımla Sarayköy Dövlət Xəstəxanasına aparılıb. Onun həyatını xilas etmək mümkün olmayıb.
Qəza ilə bağlı araşdırmalara başlanılıb.
30 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ