Onlayn ictimai-siyasi qəzet
“Rusiya veteranları” hərəkatının iştirakçıları baş prokurorluğa müraciət edərək, Rusiya Federasiyasının keçmiş baş naziri Mixail Kasyanovun Moskvanın mərkəzindəki 700 milyon rubl dəyərində mənzilinin zəbt edilməsini tələb ediblər.
Musavat.com xəbər verir ki, bu barədə “Mash” Telegram kanalı məlumat yayıb.
Keçmiş baş nazir 2000-ci illərin əvvəllərində Roçdelskaya küçəsində 427 kvadratmetr sahəsi olan mülkü rəsmi mənzil kimi alıb. İndi fəallar əmlakın dövlətin xeyrinə müsadirə olunmasını tələb edirlər.
Sənədlərə görə, mülk Kasyanov və onun həyat yoldaşı İrinaya məxsusdur. Noyabrın əvvəlində onlar onu 700 milyon rubla satışa çıxarıblar. Telekanalın məlumatına görə, mənzildə buxarı, bahalı İran xalçaları və mərmər elementləri var. Mənzildə kitabxana, işçilər üçün otaqlar, beş sanitar qovşağı və iki lojika yerləşir.
2023-cü ilin noyabrında Kasyanov Rusiyada xarici agent kimi tanınıb. Ədliyyə Nazirliyinin bildirdiyinə görə, o, “məhdud olmayan insanlar dairəsinə xarici agentlərin mesajlarının və materiallarının yaradılmasında və yayılmasında iştirak edib, Rusiya Federasiyasının dövlət orqanlarının qəbul etdiyi qərarlar və onların həyata keçirdiyi siyasət haqqında yalan məlumatlar yayıb”.
M.Kasyanov hazırda Rusiya Federasiyasından kənarda yaşayır.
Musavat.com
15 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ