İnsanlara hürriyət, millətlərə istiqlal!

Kazan şəhərində müəmmalı yanğın: silah anbarı iddiaları gündəmdədir

Rusiyanın Kazan şəhərində güclü yanğın hadisəsi qeydə alınıb.

Musavat.com xəbər verir ki, yerli KİV-lər yanğının bir lak-boya sexində baş verdiyini bildirir.

Bununla belə, Ukrayna mediası və sosial şəbəkələrdə yayılan məlumatlarda hadisənin əslində silah anbarında baş verdiyi, ərazidə partlayış səslərinin eşidildiyi iddia olunur. Hətta yayılan videolardan birinin müəllifi də partlayış səslərindən danışır.

Rəsmi mənbələr hələlik hadisə ilə bağlı ətraflı məlumat yaymayıb. Ziddiyyətli xəbərlər fonunda hadisənin səbəbi və miqyası ilə bağlı suallar açıq qalır. Yanğınsöndürmə və axtarış-xilasetmə işlərinin davam etdiyi bildirilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR