İnsanlara hürriyət, millətlərə istiqlal!

Kazan: polis kapitanı müharibədə öldü, DİN-dən dəfnə gələn olmadı

Yanvarın 3-də Tatarıstanın Vasilyevo kəndində müharibədə həlak olmuş keçmiş polis kapitanı, 49 yaşlı İldar Şaripovun dəfn mərasimi olub, ancaq Daxili İşlər Nazirliyinin əməkdaşları dəfn mərasimində iştirak etməyiblər və bu qalmaqala səbəb olub.

Musavat.com yerli mediaya istinada xəbər verir ki, Şaripov əvvəllər Daxili İşlər Nazirliyinin nəqliyyat xətti idarəsində xidmət edib, təqaüdə çıxandan sonra könüllü olaraq Rusiya Müdafiə Nazirliyi ilə müqavilə bağlayaraq “Alqa” batalyonunun tərkibində döyüşə gedib.

Şaripovla vida mərasimi onun keçmiş idarəsinin indiki əməkdaşlarının iştirakı olmadan baş tutub. Dəfn mərasimində yalnız Şaripovun bir keçmiş həmkarı, istefada olan polis polkovnik-leytenantı Aleksey Arzyutov iştirak edib. Şöbə nümayəndələrinin dəfnə gəlmədiyini görən Arzyutov DİN rəhbərliyinə rəsmi şikayət ərizəsi yazıb.

ASTRA-nın xəbərinə görə, Arzyutov DİN-in Kazan idarəsinin nəqliyyat üzrə rəhbərliyinin hərəkətlərinə qiymət verilməsini xahiş edib, onu mərhumun ailəsinə dəstək olmamaqda və vida mərasiminə məhəl qoymamaqda ittiham edib.

Qeyd olunur ki, bu hal və şikayət Daxili İşlər Nazirliyində daxili yoxlamaya səbəb ola bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR