Onlayn ictimai-siyasi qəzet
“Müxalifət hansı platformalar yaratsa da, “Gürcü arzusu”nun qarşıdan gələn parlament seçkilərində konstitusion çoxluğu əldə etmək üçün real imkanları var”.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Gürcüstanın hakim “Gürcü arzusu” partiyasının liderlərindən biri, Tiflis meri Kaxa Kaladze jurnalistlərə açıqlamasında danışıb.
“Əslində, bu bir qrupdur və onların bir sahibi var. Bu gün onlar müxtəlif adlar altında görünə bilər, lakin birləşmələri də əhəmiyyət kəsb etmir. Radikalizm və radikallar həmişə məğlubiyyətə məhkum olacaqlar. 2012-ci ildən bu adamlar ölkəmizə zərər vurmağa çalışırlar”, - deyə Kaladze bildirib.
Qeyd edək ki, Gürücüstanda parlament seçkiləri 2024-cü il oktyabrın 26-da baş tutacaq və tamamilə proporsional sistemlə keçiriləcək ilk seçki olacaq. Seçicilər arasında 5 faiz səs toplayan partiyalar parlamentə keçəcək.
Musavat.com
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ