Onlayn ictimai-siyasi qəzet
İngiltərədə 17 yaşlı gənc kartof yedikdən sonra kor olub.
Bu barədə Bristol Göz Xəstəxanasının həkimləri danışıb. 17 yaşlı gəncin qidalanma rejiminə görə kor qaldığı bildirilib.
Hələ 14 yaşında ikən yorğunluq və halsızlıq şikayəti ilə xəstəxanaya müraciət edən gənc şikayətlərinin gündən-günə artdığını bildirib. Lakin bir neçə il sonra gənc eşitmə qabiliyyətini itirməyə başlayıb və daha sonra kor qalıb.
Ona optik neyropatiya diaqnozu qoyulub. Optik neyropatiya, göz və beyin arasındakı sinirlərin zədələnməsi nəticəsində meydana gələn və görmə itkisinə səbəb ola bilən bir vəziyyətdir.
Klivlend Klinikasından bildirilib ki, sinirlərin belə zədələnməsi sinir siqnallarının ötürülməsində problemlər yaradır və korluğa səbəb olur.
Gəncin həkiminin verdiyi məlumata görə, o, demək olar ki, hər gün yerli balıq və çips mağazasından aldığı kartof, cips, ağ çörək və ara-sıra vetçina yeyib.
Meyvə-tərəvəz yeməyən gənc, müəyyən qida növlərinə qarşı "tekstura həssaslığı" yaşadığını, kartof qızartması, çips kimi qidalardan başqa heç bir şey yeyə bilmədiyini söyləyib.
Bu cür qidalama isə bədəndə B12, mis, selenium və D vitamini kimi həyati vacib mineralların tükənməsinə səbəb olub. (Ölkə.Az)
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ