İnsanlara hürriyət, millətlərə istiqlal!

Kanadada avtomobil izdihamın üzərinə sürülüb, ölənlər var

Kanadanın Vankuver şəhərində festivalda avtomobil izdihamın üzərinə sürülüb, ölən və yaralananlar var.

“Report” xəbər verir ki, bu barədə şəhər polisi sosial şəbəkədə məlumat yayıb.

“Axşam saat 20:00 radələrində (Bakı vaxtı ilə 7:00) sürücünün avtomobili küçə festivalında izdihamın üzərinə sürməsi nəticəsində bir neçə nəfər ölüb, daha bir neçə nəfər yaralanıb. Sürücü saxlanılıb”, – məlumatda deyilir.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR