İnsanlara hürriyət, millətlərə istiqlal!

“Kamranla 1”: Kamran Həsənli ilə Emil Salamoğlunun gündəm müzakirəsi - CANLI

Rusiya sülhməramlı qüvvələri Ermənistanın Mehri-Ağarak yolunu nəzarətə götürüb. Bu barədə “Yerevan.Touday” saytı xəbər yayıb. Bildirilir ki, Mehri -Ağarak yolundan keçən Ermənistan vətəndaşları sülhməramlılar tərəfindən saxlanılır, sənədləri yoxlanaraq buraxılır. Həmin yoldan isitifadə edən Ermənistan vətəndaşları narazılıqlarını ifadə ediblər.

Hökumət isə hələlik heç bir izahat verməyib. Qeyd edilib ki, bu, artıq Zəngəzurda üçüncü maneədir və belə yolların ikisinə Azərbaycan nəzarət edir.
İranla sərhəd yaxınlığında, Ermənistanın cənubundakı Zəngəzur vilayətində yerləşən Mehri şəhər və şəhər icmasının mərkəzidir. Şəhərin 5 km-dən fəaliyyət göstərməyən İrəvan-Naxçıvan-Horadiz dəmiryol xətti keçir. Azərbaycan və Ermənistan arasında imzalanmış Üçtərəfli Bəyanatda əks olunan kommunikasiya qovşaqlarının açılması planına Mehridən keçən dəmiryol xətti də daxildir.

TVMusavat-ın saat 16:00-da canlı yayınında “Kamranla – 1” layihəsində aparıcılar - Kamran Həsənli ilə Emil Salamoğlu gündəmi müzakirə edirlər.

Müzakirəyə tamaşaçılarımız da qatıla bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR