İnsanlara hürriyət, millətlərə istiqlal!

Kamil Zeynallının anası ilə olan bu görüntüləri diqqət çəkdi – VİDEO

Tanınmış fitnes məşqçisi Kamil Zeynallı anası ilə səmimi görüntülərini izləyiciləri ilə bölüşüb. İdmançı anasının yatdığı anları videoya çəkərək “İnstagram” səhifəsində yayımlayıb.

Kamil Zeynallının paylaşımı izləyicilər tərəfindən maraqla qarşılanıb. Videoda anasının yorğun halda yatdığını göstərən məşqçi paylaşımına “Növbəmizi gözləyə-gözləyə yatmışıq” şərhini əlavə edib.

Sözügedən paylaşım qısa zamanda böyük marağa səbəb olub. İzləyicilər videoya müxtəlif şərhlər yazaraq Kamil Zeynallının anasına olan bağlılığını yüksək qiymətləndiriblər. Bir çoxları məşqçinin anası ilə münasibətini nümunəvi adlandırıb və onun valideyninə olan qayğısını tərifləyib.

Qeyd edək ki, Kamil Zeynallı sosial şəbəkələrdə aktiv fəaliyyəti və ailəsinə olan sevgisini tez-tez nümayiş etdirməsi ilə tanınır. O, xüsusilə anasına göstərdiyi qayğı və diqqətlə izləyicilərinin rəğbətini qazanıb./Yenisabah.az 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR