Onlayn ictimai-siyasi qəzet
ABŞ-nin vitse-prezidenti Kamala Harris prezident seçkilərində qalib gələcəyi təqdirdə dünyanın ən güclü ordusunu yaratmağa söz verib.
“Report” xəbər verir ki, o, bu barədə Çikaqoda Demokratlar Partiyasının Milli Qurultayında, “The New York Times” qəzetinin yayımladığı çıxışı zamanı bildirib.
"Ali Baş komandan kimi mən Amerikanın həmişə dünyanın ən güclü, ən ölümcül ordusuna sahib olmasını təmin edəcəyəm", - Harris deyib.
Prezidentliyə namizəd həmçinin İsrail, Ukrayna və NATO müttəfiqlərini dəstəkləməyə söz verib.
Harris respublikaçı rəqibi Donald Trampı Amerika demokratiyası üçün ciddi təhlükə yaradan qeyri-ciddi adam adlandırıb.
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ