İnsanlara hürriyət, millətlərə istiqlal!

Kalaşnikov: “Mən Minsk Qrupunun fəaliyyətinə inanmamışam”

Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsinin sədri Leonid Kalaşnikov Ermənistan-Azərbaycan sülh danışıqlarından və bu danışıqlarda Rusiyanın rolundan danışıb.

Musavat.com xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

“Fikrimcə, Ermənistan və Azərbaycan sülh sazişinin imzalanmasının bir addımlığındadır. Baş verən və son nəticədə indiki vəziyyətə gətirib çıxaran hadisələr düzgün inkişaf edib. Yalnız 3 regional qonşu danışıqlar aparmalı idi: Azərbaycan, Ermənistan və Rusiya. Mən həmişə bu barədə danışmışam. Bizdən başqa ABŞ və Fransanın həmsədrlərinin olduğu Qarabağ üzrə Minsk Təmas Qrupuna mən heç vaxt inanmamışam. Onlar kömək üçün heç nə etmədilər”, - deyə Kalaşnikov bildirib.

Deputatın sözlərinə görə, indi Ermənistan üçün yumruqla masa döyməyin mənası qalmayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Sentyabr 2024

20 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR