İnsanlara hürriyət, millətlərə istiqlal!

Kadırovdan 26 yaşlı qardaşı oğlu ilə bağlı TƏYİNAT

Çeçenistan rəhbəri Ramzan Kadırovun qardaşı oğlu, 26 yaşlı Həmzət Kadırov onun güc blokunda müşaviri - köməkçisi olub.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Çeçenistanın milli siyasət, xarici əlaqələr, mətbuat və informasiya naziri Əhməd Dudayev teleqram kanalında məlumat yayıb.

O, Kadırovun qardaşı oğlunu “əla idarəçi” və “Çeçenistan rəhbərinin sadiq müttəfiqi” adlandırıb.

Xatırladaq ki, fevralın əvvəlində Həmzət Kadırov Çeçenistanın baş nazirinin müavini, əmlak və torpaq münasibətləri naziri vəzifəsinə təyin edilmişdi. 2021-ci ilin avqust ayına qədər Həmzət Kadırov Çeçenistanın Bədən Tərbiyəsi, İdman və Gənclər Siyasəti Nazirliyinə rəhbərlik edib. 2022-ci il sentyabrın sonunda Kadırov qardaşı oğlunu katibliyinin rəhbəri vəzifəsinə gətirib.

Həmzət Kadırov hafizlər məktəbini bitirib. O, həm də Çeçenistan Universitetinin Dövlət İdarəçilik fakültəsində dünyəvi təhsil alıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR