Onlayn ictimai-siyasi qəzet
Kabildə
növbəti qadın ovu
Son günlər Talibanın ali lideri Heybətullah Axundzadənin birbaşa göstərişi ilə Kabildə gənc qadın və qızların kütləvi şəkildə həbs olunması həyata keçirilib.
Musavat.com xəbər verir ki, bu barədə "Afghanistan International" məlumat yayıb və etibarlı mənbələrə istinad edib.
Məlumata görə, həbsləri Kəndəhar vilayətinin qubernatoru və Axundzadənin yaxın adamı olan molla Şirin koordinasiya edir. O, təxminən 10 gün əvvəl paytaxta gəlib və Talibanın mənəvi qaydalarına nəzarəti gücləndirmək məqsədilə fəaliyyətə başlayıb.
Şirinin Kabula gəlməsindən sonra Əxundzadənin nümayəndələri, Daxili İşlər Nazirliyi və “Fəzilətlərin təbliği və Əxlaqsızlığın qarşısının alınması” nazirliyinin iştirakı ilə yüksək səviyyəli iclas keçirilib. İclasda əsas diqqət qadınların geyimi ilə bağlı daha sərt qaydaların tətbiqinə yönəldilib.
Hazırda Kabilda qadınlara qarşı nəzarət və təzyiqlərin artdığı, onlara qarşı sərt davranışların müşahidə olunduğu bildirilir. Analitiklər hesab edirlər ki, bu addım Taliban rejiminin qadın azadlıqlarını daha da məhdudlaşdırmaq istiqamətində atdığı növbəti addımdır.
Musavat.com
25 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ