İnsanlara hürriyət, millətlərə istiqlal!

Jurnalistlər canlı efirdə dava etdilər: "Həddini bil!" - FOTO

Türkiyəli jurnalistlər canlı efirdə dava ediblər.

BAKU.WS xəbər verir ki, "Cansu Canan Özgen ile Özgür İfade" verilişinə qatılan jurnalistlər Şaban Sevinç və Buket Aydının fikirləri üst-üstə düşməyib.

 

Belə ki, Şaban Sevinç "CHP (Müxalifət) nümayəndəsi kredit kartı ilə saat almaq kimi deyil" sözlərini söyləyib. Bundan sonra Buket Aydın "Mən kredit kartı ilə saat almadım. Twitter-də həmişə kredit kartı ilə, saatlarla gündəmə gəlməyə çalışırlar. Kim səni bu cür idarə edir? Burada şou yaratma! Həddini bil!" sözlərini söyləyib.

Buket "Bu adam çox hörmətsiz və ədalətsiz bir insandır. Mən bu verilişi tərk edirəm. Mən bu qədər aşağı, aşağı səviyyəli adamla yayıma davam etməyəcəyəm. Həddinizi bilmirsiniz, Şaban Sevinç" deyərək efiri tərk edib.

Daha sonra Şaban Sevinç Buket Aydından üzr istəyib.

"Sözlərimlə bağlı yanlış anlaşılma oldu. Üzr istəyirəm" - deyərək, o, bildirib. 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR