İnsanlara hürriyət, millətlərə istiqlal!

Jurnalistlər arasında Zəfər Kuboku keçiriləcək 

20-21 iyulda Qusar Olimpiya İdman Kompleksində Ümummilli lider Heydər Əliyevin 101-ci ildönümü münasibətilə jurnalistlər arasında Zəfər Kuboku keçiriləcək. Musavat.com xəbər verir ki, İdman Araşdırmalar Mərkəzi, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı, Azərbaycan Voleybol Federasiyasının dəstəyi, "Avrora Group"un baş sponsorluğu ilə ardıcıl dördüncü dəfə baş tutacaq yarışa 6 komanda qatılacaq.
Bunlar əvvəlki iki turnirin qalibi "Şuşa", son iki finalçı "Kəlbəcər, ilk turnirin qalibi "Zəngilan", jurnalist müharibə veteranlarından ibarət "Ağdərə", "Report" İnformasiya Agentliyinin kollektivindən təşkil olunmuş "Füzuli" və debütant "Laçın" kollektivləridir.


Püşkatma mərasimi iyulun 12-də saat 10:00-da Bakının Dərnəgül qəsəbəsindəki Voleybol Mərkəzində baş tutacaq.


ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN ANADAN OLMASININ 101-Cİ İLDÖNÜMÜNƏ HƏSR OLUNMUŞ JURNALİSTLƏR ARASINDA ZƏFƏR KUBOKUNUN TƏQVİMİ

12 İYUL


10:00. PÜŞKATMA MƏRASİMİ

20 iyul

11:00. AÇILIŞ MƏRASİMİ
12:00. A1 - A3
13:00. B1 - B3
14:00 - 15:00. NAHAR FASİLƏSİ
15:00. A2 - A3
16:00. B2 - B3
17:00. A1 - A2
18:00. B1 - B2
19:30. YARIŞ İŞTİRAKÇILARI ÜÇÜN ZİYAFƏT

21 İYUL

09:00 - 10:00. SƏHƏR YEMƏYİ
10:00. YARIMFİNAL (A1 - B2)
11:00. YARIMFİNAL (B1 - A2)
12:00. Yoldaşlıq görüşü. Qusar OİK (U16) - Urva (U16)
13:00. 3-CÜ YER UĞRUNDA GÖRÜŞ
14:00. FİNAL
15:00. MÜKAFATLANDIRMA

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR